Gülmək qan təzyiqini yaxşılaşdırır və ağciyərlərin həcmini genişləndirir.
Qaziler.az xəbər verir ki, bu fikirləri klinik psixoloq Darya Salnikova “Radio 1”ə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, gülüş həm də insanın psixoloji sabitliyinin əlamətidir.
Bizi qıcıqlandıran yan təsirlərə düzgün reaksiya verməyi bacarmalıyıq. İnsanlar güləndə öz üzərində gördüyü işlərini, çətinliklərin öhdəsindən gəlmək bacarığını, adi həyatını davam etdirmək bacarığını, yəni psixoloji sarsılmazlığını göstərir”, - deyə mütəxəssis bildirib.
Salnikova qeyd edib ki, gülüşün “canlandırma kompleksi” var. O, həmçinin vurğulayıb ki, gülümsəmək və gülmək üzdəki sinir uclarını aktivləşdirir ki, bu da ümumi rifahı yaxşılaşdırır.
QAZİLER.AZ