Rusiyada valideynlər azyaşlı məktəblilər arasında viral şəkildə yayılan yeni oyundan narahat olmağa başlayıblar.
Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb. Oyun zamanı iştirakçılar trans vəziyyətinə düşməyə və hallüsinasiyaya sövq edilir.
Kanal müəlliflərininyazdığına görə, oyun üçün iki nəfər tələb olunur. Biri digərini müəyyən manipulyasiyalar və aparıcı suallar vasitəsilə trans və ya hallüsinasiya vəziyyətinə salmağa çalışır. Subyekt suallara cavab verməyi dayandırdıqda onu oyatmaq lazımdır ki, özünü pis hiss etməsin. Məktəblilər oyunun rahatlıq və özünü analiz məqsədi daşıdığını iddia edirlər.
Valideynlər isə övladlarının durumundan narahatdır və bu cür oyunların təsirini narkotik asılılığı ilə müqayisə edirlər. Müəlliflərin də bildirdiyi kimi, həkimlər də bu cür oyunların uşaqlar, xüsusən psixi pozğunluqlardan əziyyət çəkənlər şəxslər üçün təhlükəli olduğunu izah edib. Çünki trans vəziyyətdən çıxdıqdan sonra məktəbli ciddi narahatlıq və ya ətraf mühitin təhrif olunmuş qavrayışından əziyyət çəkə bilər.
QAZİLER.AZ