2023-cü ildə Avropada 15 yaşa qədər uşaqlar arasında vərəmə yoluxma halları 10 faiz artıb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.
Məlumata əsasən, Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən ÜST-nin Avropa regionunda 2023-cü ildə 15 yaşa qədər uşaqlar arasında 7500-dən çox vərəmə yoluxma hadisəsi qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 650-dən çoxdur.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge "Reuters" agentliyinə bildirib ki, uşaqlar arasında vərəmə yoluxma hallarının artması “qarşısı alına bilən və müalicə oluna bilən bu xəstəliyə qarşı mübarizədə irəliləyişlərin zəif olaraq qaldığını xatırladır”.