Pəncərələri bağlı otaqda yatmaq baş ağrısına və konsentrasiya problemlərinə səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bunu diyetoloq Natalya Fariseeva “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, bu, gecə saatlarında havanın keyfiyyətinin pisləşməsi ilə əlaqədardır ki, buna həm insan, həm də yataq otağındakı əşyalar təsir edir.
"Yataq otağında havanın keyfiyyəti gecə saatlarında insan orqanizminin təbii metabolizmi, eləcə də kompüterlər, televizor monitorları, mebel və paltarların olması səbəbindən pisləşə bilər. Otaqda artan karbon dioksidin səviyyəsi idrak qabiliyyətlərinə və konsentrasiyaya təsir edə, həmçinin baş ağrılarına səbəb ola bilər. Buna görə də keyfiyyətli yuxu üçün optimal şərait yaratmaq çox vacibdir, bunlardan biri isə otağın yaxşı havalandırılmasıdır. Gecə pəncərə aça və ya pəncərələri havalandırma rejiminə qoya bilərsiniz”, - Fariseeva deyib.
O əlavə edib ki, keyfiyyətli yuxu üçün otaq temperaturunun təxminən 18-19 dərəcə olması tövsiyə olunur. Onun sözlərinə görə, insan yuxuya gedəndə bədənin hərarəti aşağı düşür və otaqdakı sərin hava orqanizmə onun yuxuya getməsi barədə siqnal vermiş olacaq.
QAZİLER.AZ