Yaz küləkləri sağlamlıq üçün gizli təhlükə yarada, baş ağrısı və allergiyaya səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bunu terapevt Oksana Pivovarova “NEWS.ru”ya müsahibəsində bildirib.
Terapevtin sözlərinə görə, yazda küləkli hava tez-tez temperaturun kəskin dəyişməsi ilə müşayiət olunur ki, bu da immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəlidir.
“Yaz küləyi bir neçə səbəbdən təhlükəli ola bilər. Çox vaxt temperaturun qəfil dəyişməsi ilə müşayiət olunur ki, bu da sağlamlığa mənfi təsir göstərə bilər, xüsusən də immuniteti zəif və ya xroniki xəstəlikləri olan insanlarda özünü biruə verə bilər. Bəzi insanlar üçün küləkli hava baş ağrısı, miqren və ya digər xroniki xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər. Yazda külək bitki polenini daşıyır, bu da həssas insanlarda allergik reaksiyalara səbəb olur”, - Pivovarova qeyd edib.
Həkim əlavə edib ki, külək həssas dərili insanların orqanizmində stressi artıra bilər. O, riskləri minimuma endirmək üçün hava şəraitinə uyğun paltar seçməyi məsləhət görüb.
“Külək dərinizi quruda, qıcıqlanmaya və çatlamaya səbəb ola bilər, xüsusən də temperatur aşağı olan zaman... Küləkli havada diqqətli olmaq və hava şəraitinə uyğun geyinmək vacibdir”, - deyə Pivovarova fikirlərini yekunlaşdırıb.
QAZİLER.AZ