Artıq çəkili insanlar arıq insanlardan daha uzun yaşayırlar, çünki onların beyinləri stress zamanı daha çox qidalandırıcı maddələr qəbul edir.
Qaziler.az bildirir ki, bu barədə "The Daily Mail" Lübek Universitetinin professoru Petersin araşdırmasına istinadən yazır.
Onun sözlərinə görə, artıq çəkili insanlar xüsusi maddələr mübadiləsinə görə müasir həyatın stresli şərtlərinə daha yaxşı uyğunlaşırlar. Professor 30 il bu məsələni araşdırıb. Onun qeyd etdiyi kimi, xəstə insanların adətən arıq olması təsadüfi deyil.
Arıq olmaq özlüyündə problem deyil, stresli vəziyyətdə ani arıqlamaqdır. Mütəxəssis yoxsulluq, zorakılıq, ayrılıq, boşanma, özünə inamın aşağı olması və iş yükü kimi xarici amillərin yaratdığı toksik stress adlanan vəziyyəti araşdırıb.
O, məsləhət görür ki, stresli olduğunuz zaman digər orqanlardan qida qəbul edən beyni dəstəkləmək üçün mütləq yemək yeməlisiniz.
Kök insanlarda ölüm riski cəmiyyətin artıq çəkiyə mənfi münasibətindən yaranan stresslə də əlaqələndirilir.
QAZİLER.AZ