Həkim insanlara evdə ayaqyalın gəzməyi məsləhət gördü

Həkim insanlara evdə ayaqyalın gəzməyi məsləhət gördü backend

“Evdə ayaqyalın gəzmək xüsusilə yaşlı insanların sağlamlıq üçün faydalıdır”.

Qaziler.az “Moika78”ə istinadla xəbər verir ki, bu məsləhəti kliniki ortoped Robert Konenello verib. Onun sözlərinə görə, ayaqyalın gəzmək ayaqların əzələlərini gücləndirir, qan dövranını yaxşılaşdırır və müxtəlif xəstəliklərin yaranma riskini azaldır.

“Mən evdə ayaqyalın gəzməyin böyük tərəfdarıyam. Bu, ayaqların əzələ gücünü artırır ki, bu da xüsusilə yaşlı insanlar üçün faydalıdır”, - ekspert izah edib.

Ortoped qeyd edib ki, ayaqyalın gəzərkən, ayaqların dərisi döşəmə ilə təmasda olduqda, yaşla əlaqədar və ya uzun müddət ayaqqabı geyindiyi üçün zəifləyən ayaq əzələlərini gücləndirir. Bu, ümumi hərəkətliliyi yaxşılaşdırır, dəri xəstəlikləri riskini azaldır və təbii rahatlaşdırıcı masajla təmin edir.

QAZİLER.AZ

Diaspora