“Tartar sousu xolesterinin səviyyəsini azaldır və görmə qabiliyyətini dəstəkləyir”.
Qaziler.az bildirir ki, bu məsləhəti Moskva vilayəti Vidnovskaya Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova “NEWS.ru”ya müsahibəsində verib.
Onun sözlərinə görə, bu məşhur məhsul yeməklərin dadını yaxşılaşdırmaqla yanaşı, unikal tərkibinə görə sağlamlığa müsbət təsir göstərir.
Tartar sousu yaşıl soğan, bitki yağı və bərk qaynadılmış yumurta sarısından hazırlanan klassik soyuq sousdur. Tərkibindəki A, B, E, PP vitaminləri, sink, dəmir, fosfor, kalium, kalsium, maqnezium, natrium sayəsində tartar sousu ürəyi, qan damarlarını, əzələləri və immuniteti gücləndirir. Sousun faydaları danılmazdır: yaşıl soğan maddələr mübadiləsini bərpa edir, orqanizmdə C vitamini çatışmazlığının qarşısını alır, zeytun yağı monodoymamış yağ turşularının mənbəyidir, toyuq yumurtası xolesterinin səviyyəsini azaldır, qaraciyərin fəaliyyətini normallaşdırır, görməni gücləndirir”, - Suxorukova izah edib.
Mütəxəssis qeyd edib ki, tartar sousu mayonez, ketçup və ya xardal kimi ənənəvi ədviyyatları əla əvəz edə bilər. Qastroenteroloqun vurğuladığı kimi, onun tərkib hissələri istiliyə məruz qalmadığına görə, bu da faydalı xüsusiyyətlərinin 90%-ə qədərini qoruyub saxlamağa imkan verir.
QAZİLER.AZ