Naringinin südlə birlikdə qəbulu bağırsaqlarda ishal və köpə səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bunu qastroenteroloq Yekaterina Kaşux “Zdorovye Mail”ə açıqlamasında bildirib. Həkim izah edib ki, bu xoşagəlməz hallar üzvi turşuların süd zülalı ilə reaksiyasına görə baş verə bilər.
Kaşux xəbərdarlıq edib ki, naringi yüksək turşulu qidalarla birlikdə yeyilməməlidir. Bu cür yemək mədə mukozasının qıcıqlanmasını artıra bilər ki, bu da xora və ya qastrit xəstələri üçün təhlükəlidir.
Mütəxəssis mandarinləri əsas yeməklərdən ayrı yeməyi, quş əti və ya tərəvəz kimi neytral qidalarla birlikdə qəbul etməyi məsləhət görüb. Onun sözlərinə görə, bir dəfəyə üçdən çox naringi yemək məsləhət görülmür.
QAZİLER.AZ