Böyük Britaniyanın səhiyyə qurumları qış mövsümündə norovirusun yeni ştamının sürətlə yayılması səbəbindən “ikinci norovirus dalğası”nın baş verə biləcəyi barədə xəbərdarlıq edir.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb. Bildirilib ki, bu mövsümün dominant genotipi olan GII.17-nin yerini indi GII.4 alır və bu, ümumi halların 29 faizini təşkil edir.
Norovirus mədə və bağırsaqlarda iltihaba səbəb olan yüksək yoluxucu virusdur və qusma, ishal kimi simptomlara səbəb olur. Əsasən uşaqlar və yaşlılara sirayət edir.