Böyüklərin qidasına keçid zamanı yağın, ətin, tərkibində qlüten və laktoza olan məhsulların pəhrizdən xaric edilməsi uşağın sağlamlığına zərər verə bilər.
Qaziler.az xəbər verir ki, bunu pediatr Anton Proxorenko “Gazeta.ru”ya bildirib.
Həkimin sözlərinə görə, valideynlər doqquz aydan kiçik uşaqlara inək südü verməməlidirlər.
“12 aya qədər uşağın pəhrizinə uyğunlaşdırılmış uşaq qidası, tərəvəz və ət püresi, duz və şəkərsiz sıyıq və meyvələr daxil edilməlidir. Bir ildən sonra daha mürəkkəb yeməklər təqdim edilə bilər”, Proxorenko bildirib.
O xatırladıb ki, uşaqlar üçün vitaminlərin artıq olması onların az olmasından daha zərərlidir: “Süd məhsullarının tamamilə xaric edilməsi uşaqda kalsium və D vitamini çatışmazlığına səbəb ola bilər, ətdən imtina isə onun sümüklərinin vəziyyətini pisləşdirə bilər”, - həkim əlavə edib.
QAZİLER.AZ