Çay paketlərinə xərçəng hüceyrələrini böyüdən kimyəvi dadlar qatılır

Çay paketlərinə xərçəng hüceyrələrini böyüdən kimyəvi dadlar qatılır backend

“Çay paketlərinə kimyəvi üsullarla əldə edilən ləzzətlər əlavə edilir ki, bu da xərçəng hüceyrələrinin böyüməsinə, maddələr mübadiləsinin dəyişməsinə və digər pozulmalara səbəb ola bilər”.

Qaziler.az xəbər verir ki, bu sözləri diyetoloq Nataliya Fariseyeva “NEWS.ru” ilə söhbətində deyib. o, kimyəvi maddələrin bədəndə tədricən yığıldığını, dərhal özünü göstərmədiyini və bədəni içəridən məhv etdiyini vurğulayıb.

“Kimyəvi üsullarla əldə edilən ləzzətlər çox vaxt çaya əlavə edilir. Sintetik ətirlər xərçəng hüceyrələrinin böyüməsini, metabolik dəyişiklikləri və digər pozğunluqlara səbəb olan maddələrdən ibarətdir. Kimyəvi maddələr bədəndə tədricən toplanır və dərhal özünü göstərmir, bədəni içəridən məhv edir”, - Fariseyeva deyib.

Həmçinin, onun sözlərinə görə, bəzi vicdansız istehsalçılar çay əvəzinə çay tozundan, çayın tullantılarından istifadə edirlər. Ona görə də bəzi çay paketlərində ot və taxta qırıntıları da tapa bilərsiniz. Həkim qeyd edib ki, çay öz yarpaqlarına ftor toplamaq qabiliyyətinə malikdir və yarpaq nə qədər qocalırsa, onun tərkibində ftor bir o qədər artır. Diyetoloq vurğulayıb ki, bu, sümük toxumasının çoxalmasına və skelet sisteminin müxtəlif xəstəliklərinə səbəb olur.

“Çay paketlərinin tərkibində çox vaxt saxlama müddəti ötmüş çay olur ki, bu da çayın  faydalı xüsusiyyətlərini itirməklə yanaşı, tərkibindəki aflatoksinlər hesabına zərərli olur. Bunlar isə qaraciyərin sağalmaz zədələnməsinə səbəb olan çox təhlükəli maddələrdir”, - Fariseyeva əlavə edib.

QAZİLER.AZ

Diaspora