Qan qlükoza səviyyəsi yüksək olan bir çox insan, onların vəziyyətində şəkərin bal ilə əvəz oluna biləcəyinə inanır. Bu doğrudanmı belədir? Rusiyalı kardioloq Aleksandr Myasnikov bunu necə izah etdi?
Qaziler.az bildirir ki, "Rossiya 1" kanalında "Ən vacib şeylər haqqında" verilişinin efirində teleaparıcı qeyd etdi ki, şəkərin bal ilə əvəz edilməsi 2-ci tip diabetə qarşı profilaktik tədbir ola bilməz. Bu o deməkdir kibu məşhur rəy mifdən başqa bir şey deyil.
Kardioloqun fikrincə, sağlamlığınıza ciddi yanaşsanız, xəstəliyin inkişaf riskini azalda bilərsiniz. Pəhrizə riayət etmək və sadə karbohidratların istehlakını məhdudlaşdırmaq lazımdır. Bunlara təkcə şəkər və bal daxil deyil. Qadağaya ağ çörək və ağ düyü də daxildir. Bir sözlə, bütün ağ məhsulları qadağa siyahısına daxil etmək lazımdır.
Bundan əlavə, həkim şəkər xəstələrinə şəkər əvəzedicilərindən istifadə etməmək barədə xəbərdarlıq edib. Bu cür əlavələr ürək-damar xəstəliklərinin və hətta xərçəngin inkişaf riskini artıra bilər.
QAZİLER.AZ