“Əllərin tez-tez və hərtərəfli yuyulması, həmçinin xəstə insanlarla təmasın məhdudlaşdırılması özünüzü metapnevmovirusdan qorumağa kömək edəcək”.
Qaziler.az xəbər verir ki, bunu epidemioloq İrina Feldblyum “perm.aif.ru” saytına bildirib.
Ekspert xəbərdarlıq edib ki, bu virusa yoluxma halları Perm vilayətində də qeydə alınıb.
Mütəxəssis həmçinin kifayət qədər yaxşı yatmağı, qidalanma rejiminə diqqət etməyi və fiziki fəaliyyəti unutmamağı məsləhət görüb. O vurğulayıb ki, maye çox içmək, otaqları havalandırmaq və insanların çox olduğu yerləri daha az ziyarət etmək lazımdır.
QAZİLER.AZ