“Qırmızı şərab minanı yumşaldan yüksək turşu tərkibinə görə dişlərə zərər verə bilər”.
Qaziler.az xəbər verir ki, bunu gigiyenist İnna Qrişina “NEWS.ru”ya müsahibəsində bildirib.
Həkim bu spirtli içkini kalsiumla zəngin qidalarla içməyi məsləhət görüb.
Qırmızı şərabın tərkibində təkcə taninlər deyil, həm də turşu var. Minanı yumşaldır və taninlər mikroməsamələrə nüfuz edərək piqmentli ləkələr buraxır. Turşunu zərərsizləşdirmək üçün qırmızı şərabı pendir və ya kalsiumla zəngin olan digər qidalarla birlikdə içmək məsləhətlidir”, - Qrişina deyib.
Həkimin sözlərinə görə, şərab içdikdən sonra ağzınızı su ilə yaxalamaq onun dişlərinizə mənfi təsirini minimuma endirməyə kömək edəcək. Eyni zamanda, gigiyenist içkini içdikdən yalnız yarım saat sonra dişlərinizi fırçalamağı məsləhət görüb, əks halda yumşaldılmış minaya zərər verə bilərsiniz.
QAZİLER.AZ