Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu: Gündə 15 dəqiqə...

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu:  Gündə 15 dəqiqə... backend

“Gündə 15 dəqiqə müntəzəm gülüş kişilərin sağlamlığını gücləndirir, stress səviyyəsini azaldır və çanaq dibi əzələlərinin fəaliyyətini yaxşılaşdırır”.

Qaziler.az xəbər verir ki, bu məsləhəti Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Şamil Əliyev “NEWS.ru”ya müsahibəsində verib.

Onun sözlərinə görə, bu üsulu hər kəs üçün əlçatan olan bir növ terapiya hesab etmək olar.

“Bəli, bəli, gülüş həqiqətən ömrü uzadır. Davamlı gülmək kortizolun səviyyəsini aşağı salır, immuniteti artırır və hətta sidik qaçırmanın qarşısını almaq üçün çanaq dibi əzələlərini gücləndirir. Gündə 15 dəqiqə komediyaya baxmaq tövsiyə olunur”, - Şamil Əliyev qeyd edib.

QAZİLER.AZ

Diaspora