Ayağı ağrayırdı, həkimə getdi - Məlum oldu ki, beyninin yarısı yoxdur

Ayağı ağrayırdı, həkimə getdi - Məlum oldu ki, beyninin yarısı yoxdur backend

Fransanın cənubunda yaşayan kişi yüngül ayaq ağrılarından şikayət edərək həkimə getdikdən sonra inanılmaz həqiqətlə üzləşib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, nəticələr onun illərdir yarım beyinlə yaşadığını üzə çıxarıb.

Fransada yaşayan 44 yaşlı kişi ayağında yüngül ağrı və zəiflik hiss etdiyi üçün həkimə müraciət edərkən bəlkə də həyatının ən maraqlı cavablarından birini alıb. Adam beyninin yarıdan çoxunun əskik olduğunu öyrənib.

Beyin skanı zamanı məlum olub ki, kişinin beyninin yarısı yoxdur və onun kəllə sümüyündə nazik beyin toxuması və maye təbəqəsi var, bu xəstəlik "Hidrosefali" adlanır.

Koqnitiv psixoloq Aksel Kliremans qeyd edib ki, kişi normal həyat sürüb, ailəsi olub və işləyir. Şikayət etdiyi zaman edilən İQ testinin nəticəsi 84 olduğu müəyyən edilib.

Həkimlər hesab edirlər ki, onun xəstəliyinə səbəb 30 il ərzində beynində yığılan maye olub və bu maye onun beyninin böyük hissəsinin məhv olmasına səbəb olub.

Diaspora