"Sınıq qəlb sindromu" Hollivud kino termini deyil. Bu, yaxın birinin ayrılığı və ya itkisi ilə əlaqəli stresli vəziyyətlərin səbəb olduğu əsl ürək xəstəliyidir. Kimlər bu xəstəliyin inkişaf riski altındadır?
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, sindromu “Takotsubo kardiomiopatiyası” da adlandırırlar, çünki ilk dəfə 1990-cı ildə yapon həkimi tərəfindən bu xəstəliyin diaqnozu qoyulub. O vaxtdan bəri dünyada çox sayda xəstə qeydə alınıb - ABŞ-da xəstəxanaya yerləşdirilənlərin təxminən 0,02% -i bu sindromla əlaqələndirilir. Qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkir.
"Sınıq qəlb sindromu", adətən ağır emosional və ya fiziki stress nəticəsində ürəyin əsas nasos kamerası olan sol mədəciyin zəifləməsidir. Kardioloq Suzanna Ştaynbaum (Suzanne Steinbaum) deyir ki, beyindən gələn stress hormonları bədənə daxil olur və elə hərəkət edir ki, insan bir növ infarkt keçirir.
Ürək böhranı adətən damarın tam və ya qismən tıxanması nəticəsində baş verir. "Sınıq qəlb sindromu"nda damarlar bloklanmır, lakin ürəyin keçidlərindən qan axını azala bilər. Nəfəs darlığı, sinə ağrısı və ürək döyüntüsü də infarktda olduğu kimi mövcuddur.
Tədqiqatlar göstərir ki, yaşlı qadınlar menopozdan sonra estrogen səviyyəsinin azalması səbəbindən daha həssas olurlar. Bildirilən sindrom hallarının 90 faizindən çoxu 58-75 yaş arası qadınlarda aşkar edilir.
Kardioloq deyir ki, bu hər bir qadının başına gələ bilər. Xəstəliyin qarşısını almaq üçün relaksasiya terapiyası, meditasiya, idman və sağlam qidalanma təsirli vasitədir.
"Sınıq qəlb sindromu"unun əslində heç bir müalicəsi yoxdur.
QAZİLER.AZ