“Qoz-fındıq, qatıq və kəsmik meyvələrin faydalarını artıra bilər”.
Qaziler.az xəbər verir ki, bunu Vidnovskaya Klinik Xəstəxanasının terapevti Yana Şmeleva “NEWS.ru”ya bildirib.
O izah edib ki, bu qidalar qlükozanın qana düşməsini yavaşladır və karbohidratlarla yaxşı birləşir.
“Meyvələr yalnız düzgün istehlak edildikdə maksimum fayda verə bilər. Belə ki, təbii şirin olduqları üçün onları yemək arasında qəlyanaltı kimi yemək daha yaxşıdır. Meyvələrə, məsələn, kəsmik, qatıq və ya qoz-fındıq kimi protein məhsulları əlavə edə bilərsiniz. Onların aşağı glisemik indeksi var və karbohidratlarla əla birləşirlər”, - Şmeleva bildirib.
Həkim payızda yığılan meyvələrin yaza qədər faydalı xüsusiyyətlərini itirməsi ilə bağlı deyilən məlumatların yanlış olduğunu vurğulayıb. O bildirib ki, bu, yalnız səhv saxlandıqda baş verir.
QAZİLER.AZ