“Mövsümi xəstəliklərə səbəb olan metapnevmovirus insanın təkcə yuxarı deyil, aşağı tənəffüs yollarına da təsir edə bilər”.
Qaziler.az xəbər verir ki, bu bafədə immunoloq Nikolay Kryuçkov “NEWS.ru”ya danışıb. Onun sözlərinə görə, infeksiya bronxialit və pnevmoniyaya səbəb ola bilər.
“Metapnevmovirus əvvəllər də çox yayılıb. Əslində, bu virusla yaşadığımız artıq sübut olunmuş faktdır. Ən azı dörd-beş onillik... Mövsümi xəstəliyə səbəb olur, kəskin respirator virus infeksiyaları qrupuna aiddir və digər infeksiyalara oxşar təzahürlərə malikdir, yəni xəstəliyin mövsümi artmasıdır. Tipik olaraq, infeksiya yuxarı tənəffüs yollarına təsir edir, eyni zamanda bronxialit və pnevmoniya da daxil olmaqla aşağı tənəffüs yollarına zərər verə bilər”, - Kryuçkov qeyd edib.
Mütəxəssisin sözlərinə görə, virus ən çox beş yaşınadək uşaqlar, həmçinin xroniki obstruktiv ağciyər xəstəliyi və bronxial astması olan insanlar üçün təhlükə yaradır. Bununla belə, o vurğulayıb ki, ciddi fəsadların yaranma riski orta səviyyədə qalır və xaos yaratmamalıdır.
“Risk qrupuna əsasən dörd və ya beş yaşdan kiçik uşaqlar və immun çatışmazlığı olan insanlar daxildir. Xroniki obstruktiv ağciyər xəstəliyi və müvafiq olaraq bronxial xəstəliyi olan insanlar da bura daxildir.”, - Kryuçkov virusla bağlı acib olanları paylaşıb.
QAZİLER.AZ