Sağlamlıq üçün ən təhlükəli saç boyası hansıdır?

Sağlamlıq üçün ən təhlükəli saç boyası hansıdır? backend

Alimlər hansı saç boyalarının sağlamlıq üçün təhlükəli ola biləcəyini müəyyən ediblər. Məlum olub ki, bu, çoxlarının düşündüyü kimi heç də sarı rəng deyil.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, ən böyük risklər qara rəngli boyalarla bağlıdır. Onların tərkibində çox vaxt rezorsinol olur.

Piqmentin dəridən çıxarılmasını asanlaşdırmaq üçün belə boyalardan istifadə olunur. Ancaq bu maddə zəhərlidir və allergiyaya səbəb ola bilər, həmçinin endokrin sistemə mənfi təsir göstərir. Bəzi Avropa ölkələrində rezorsinolun sağlamlıq üçün təhlükəli olduğu hələ 2021-ci ildə təsdiqlənib

Bundan əlavə, bir çox tünd rəngli boyalarda qurğuşun və civə duzları - plumbatlar və civə olur. Bu zəhərli maddələr isə orqanizmdə toplanır və zəhərlənmələrə səbəb olur.

QAZİLER.AZ

Diaspora