Daimi yorğunluğun əsl səbəbi

Daimi yorğunluğun əsl səbəbi backend

Yuxuda xoruldayan insanlar neçə saat yatsalar da, yorğun oyanırlar.

Həkimlərin fikrincə, obstruktiv yuxu apnesi (tənəffüsün dayanması, bəzən xoruldama ilə müşayiət olunur) neçə saat yatsaq da, özümüzü yorğun hiss etməyimizin səbəbidir.

Qaziler.az bildirir ki, bu barədə "Huffington Post" qeyd edir.

Bu yaxınlarda çəkilən bir sənədli film göstərir ki, bu xəstəlik bütün dünyada bir çox insana təsir edir. Həkimlər xəbərdarlıq edir ki, obstruktiv yuxu apnesi sindromu olan insanlar yuxu zamanı bir neçə dəfə nəfəs almağı dayandırır və bu da onları ürək dayanmasına zəmin yaradır. Bu fasilələr yuxunun pozulmasına gətirib çıxarır, buna görə də bu vəziyyətdən əziyyət çəkənlər nə qədər yatsalar da, həmişə yorğun oyanırlar.

Mütəxəssislərin hesablamalarına görə, təkcə ABŞ-da yuxu apnesi olan 18 milyon insan var. Statistikaya görə, bu pozğunluq daha çox kişilərdə, siqaret çəkənlərdə və kilolu insanlarda müşahidə olunur, lakin hər kəsə eyni dərəcədə təsir edə bilər.

Yuxu apnesinin müalicəsi yoxdur. Əczaçılıq bazarı apnenin qarşısını almaq üçün nəzərdə tutulmuş bir sıra dərmanlar təklif edir, lakin onlar bu xəstəliyi müalicə edə bilmirlər.

QAZİLER.AZ

Diaspora