Şirniyyat insanda asılılıq yaradır

Şirniyyat insanda asılılıq yaradır backend

Həddin artıq şirniyyat istehlakı xəstəlik və asılılıq yarada bilər.

Qaziler.az xəbər verir ki, bu fikirləri diyetoloq Yekaterina Quzman “Krasnodar” telekanalına müsahibəsində deyib. O, bildirib ki, qanda şəkərin yüksək səviyyəsi müxtəlif sağlamlıq problemlərinə, o cümlədən şəkərli diabet və erkən qocalmaya səbəb olur.

“Şəkər ağızda diş minasını məhv edən və diş çürüməsinə səbəb olan turşu istehsal edir,  bakteriyaların çoxalmasına şərait yaradır. Şəkər həmçinin qlikasiya prosesində iştirak edir - şəkərin zülallara bağlanması, son qlikasiya məhsullarının meydana gəlməsinə səbəb olur”, - həkim izah edib.

Quzman qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı şəkər istehlakını ümumi kalori qəbulunun 10%-i, ideal halda isə 5%-i ilə məhdudlaşdırmağı tövsiyə edir. Qəbul edilən gündəlik şəkər qəbulu qadınlar üçün təxminən 25 qram və ya altı çay qaşığı, kişilər üçün isə 11 qramdan bir qədər çox ola bilər.

QAZİLER.AZ

Diaspora