Uşaqda davamlı xoruldama və ağızdan nəfəs alma varsa, onda havanı süzmək üçün burun-udlağında yerləşən adenoidlərdə problemin olduğunu göstərir.
Qaziler.az xəbər verir ki, bunu otorinolarinqoloq İqor Maneviç “RİA Novosti”yə bildirib. Onun sözlərinə görə, böyümüş adenoidlər iltihab və infeksiyalarla doludur.
“Xoruldama, eşitmə itkisi, tez-tez soyuqdəymə və qulaqlara mayenin yığılması genişlənmiş adenoidlərin burun keçidlərini bağlayaraq iltihab və infeksiyaya səbəb ola bilər”, - Maneviç izah edib.
O qeyd edib ki, övladının tez-tez xoruldadığını, ağızdan nəfəs aldığını və xəstələndiyini görən valideynlər LOR həkiminə müraciət etməlidirlər: "Həkim müayinə zamanı uşaqda adenoidin böyüdüyünü müşahidə edərsə, onun dərəcəsini təyin edərək müalicə təklif edəcək", - deyə Maneviç bildirib.
QAZİLER.AZ