Saxta ətirlər dərinin yanmasına səbəb olur

Saxta ətirlər dərinin yanmasına səbəb olur backend

“Saxta ətirlərin tərkibindəki aktiv maddələrin yanlış konsentrasiyası dərinin yanmasına və saçın zədələnməsinə, həmçinin qıcıqlanma və allergiyaya səbəb ola bilər”.

Qaziler.az xəbər verir ki, bu barədə kimyaçı Andrey Doroxov “Gazeta.Ru”ya müsahibəsində deyib.

Mütəxəssis xəbərdarlıq edib ki, orijinal olmayan ətirlərdən uzun müddət istifadə xroniki xəstəliklərin və hətta xərçəngin inkişafına gətirib çıxarır.

“Həssas dərisi olan və allergiyaya meylli insanlar xüsusilə risk altındadır. Tədqiqatlar göstərir ki, saxta ətirlərin tərkibində hətta kanserogen maddələr ola bilər ki, onlara uzun müddət məruz qaldıqda xərçəngə səbəb olur”, - Doroxov qeyd edib.

Kimyaçı qeyd edib ki, saxta ətirlərin tərkibində metanol maddəsi də olur ki, bu da ciddi zəhərlənmələrə səbəb olur. Kimyaçı əlavə edib ki, bu cür məhsulların istifadəsi baş ağrıları, tənəffüs problemləri, dermatit və ekzemanın inkişafı səbəbindən təhlükəlidir.

QAZİLER.AZ

Diaspora