Həkim qazlı şirələri "müasir dövrün bəlası" adlandırdı

Həkim qazlı şirələri "müasir dövrün bəlası" adlandırdı backend

“Şirin qazlı su sümük sıxlığına və ümumi sağlamlığa mənfi təsir göstərir”.

Qaziler.az bildirir ki, bu fikirləri diyetoloq İrina Pisareva NEWS.ru-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu içkini müasir dövrün bəlası adlandırmaq olar, çünki o, sərbəst şəkildə mövcuddur, həmçinin böyüklər və uşaqlar arasında populyardır.

“Şirin qazlı su indi müasir dövrün bəlasıdır. Yalnız böyüklər tərəfindən deyil, uşaqlar tərəfindən də istifadə olunur, yəni qadağan deyil. Siqaret çəkməyin zərərli olduğunu hamı bilsə də, çoxlu miqdarda şirin qazlı su içməyin zərərindən az adam danışır. Çünki o, açıq-aşkar satılır və təhsil müəssisələrinin yaxınlığında da satışı həyata keçirilir. Bu içki sümük sıxlığına mənfi təsir edir və sümüyün quruluşunu dəyişə bilər. Onun istifadəsi erkən yaşlanma riskini də artırır”, - deyə ekspert vurğulayıb.

Mütəxəssis onu da vurğulayıb ki, qazlı içkilərin tərkibindəki turşu və şəkər diş minasını məhv edir, bu da bakteriyaların çoxalmasına şərait yaradır. Bundan əlavə, şirin içkilər qidanın kalorisini hiss olunmaz dərəcədə artırır, çəki artımına və piylənməyə səbəb olur.

QAZİLER.AZ

Diaspora