Gənəgərçək yağı xalq təbabətində dəriyə qulluq üçün istifadə edilən məşhur müalicə vasitəsidir. Tərkibində dərini qidalandıran, nəmləndirən vitamin və yağ turşuları var.
Qaziler.az göz ətrafındakı yaşla əlaqədar yaranmış piqment ləkələrinin aparılması üçün gənəgərçək yağından necə istifadə edilməsini təqdim edir:
- Üzünüzü yumşaq təmizləyici ilə təmizləyin.
- Barmaqlarınızın ucuna az miqdarda gənəgərçək yağı çəkin.
- Yağı göz ətrafındakı dəriyə yumşaq bir şəkildə sürtün.
- Yağı dərinizdə 15-20 dəqiqə saxlayın.
- Qalan yağı isti suda isladılmış pambıq ilə silin.
- Proseduru həftədə 2-3 dəfə təkrarlayın.
Dərinizin reaksiyasını izləyin. Qıcıqlanma və ya qızartı hiss etsəniz, gənəgərçək yağından istifadə etməyi dayandırın.
Qeyd edək ki, gənəgərçək yağı dərman vasitəsi deyil. Lakin istifadə etməzdən əvvəl dermatoloqla məsləhətləşməkdə fayda var.
QAZİLER.AZ