Yataq otağında işığın yanması bioloji presesləri pozur

Yataq otağında işığın yanması bioloji presesləri pozur backend

Süni işıq mənbələri ilə doldurulmuş müasir yataq otaqları 2-ci tip diabetin inkişafına səbəb ola bilər. Çünki işıq qanda şəkərin səviyyəsini tənzimləyən bioloji prosesləri də pozur.

Qaziler.az xəbər verir ki, bu barədə “Moyka78” avstraliyalı alimlərin araşdırmasına istinadən yazıb.

Flinders Universitetinin 85 000 insanı əhatə edən araşdırması gecə işığa məruz qalmaqla qan şəkərinin tənzimlənməsi ilə bağlı problemlər arasında əlaqə tapıb. Nəşrin məlumatına görə, hətta küçə fənərlərindən, şarj cihazları və ya qadcetin ekranlarından gələn zəif işıq orqanizmin sirkadiyalı ritmini poza bilər ki, bu da hormonların istehsalına, həzm və hüceyrələrin bərpasına təsir göstərir.

Bədənin təbii ritminin pozulması qan şəkərinin səviyyəsinə nəzarətdə əsas rol oynayan mədəaltı vəzin işinə mənfi təsir göstərə, qlükozanın səmərəsiz işlənməsinə və insulin müqavimətinə səbəb ola bilər. Bundan əlavə, işığa məruz qalma yuxu və insulin ifrazını tənzimləyən melatoninin istehsalını azaldır ki, bu da metabolik pozğunluqları ağırlaşdırır.

QAZİLER.AZ

Diaspora