“Yorğunluq və baş ağrıları dəmir çatışmazlığını göstərə bilər”.
Qaziler.az bildirir ki, bu barədə terapevt və qastroenteroloq Tatyana Terexova "Veçernyaya Moskva"ya müsahibəsində xəbərdarlıq edib.
O qeyd edib ki, dəmir çatışmazlığı tez-tez yorğunluq və stresslə əlaqələndirilən geniş spektrli simptomlara səbəb ola bilər.
“İlkin əlamətlər çox vaxt diqqətdən kənarda qalır: yorğunluq stresli iş və ya mövsümi amillərlə, baş ağrıları isə hava şəraitinin dəyişməsi və ya maqnit fırtınaları ilə əlaqələndirilir. Buna görə də xəstələr tez-tez yalnız ağır anemiya inkişaf etdikdə həkimə müraciət edirlər”, - deyə həkim qeyd edib.
Terapevt vurğulayıb ki, dəmir çatışmazlığının ən çox rast gəlinən əlamətlərinə sürətli yorğunluq, daimi halsızlıq, yuxululuq, apatiya, diqqəti cəmləməkdə çətinlik, unutqanlıq, başgicəllənmə, gözlərin altında qara dairələr və aşağı təzyiq daxildir. Ancaq ilkin mərhələdə dəmir çatışmazlığını müəyyən etmək çətindir, buna görə də simptomlara diqqət yetirmək və vaxtında həkimə müraciət etmək vacibdir.
QAZİLER.AZ