Qəhvənin gündəlik təhlükəsiz dozası açıqlanıb

Qəhvənin gündəlik təhlükəsiz dozası açıqlanıb backend

“Sağlam yetkin bir insan üçün qəhvənin gündəlik təhlükəsiz dozası 400 mq kofeindir”.

Qaziler.az xəbər verir ki, bunu qastroenteroloq Yevgeni Belousov “RİA Novosti”yə bildirib.  O qeyd edib ki, orqanizmə diqqət etmək lazımdır, çünki kofeinə reaksiya insandan insana dəyişir.

“Bu, hər birinin həcmi 240 ml olan təxminən dörd stəkan dəmlənmiş qəhvəyə bərabərdir”, - həkim izah deyib.

Həkim qeyd edib ki, təxminən dörd stəkan qəhvə əksər sağlam insanlar üçün təhlükəsiz sayılır, lakin hamilə qadınlar və ürək-damar xəstəlikləri olan insanlar gündə bir-iki fincanla kifayətlənməlidirlər:

“Çünki kofeinin təsiri aldadıcıdır: əvvəlcə canlandırır, lakin sonra yorğunluq, narahatlıq və susuzluğa səbəb ola bilər. Buna görə də içdiyiniz qəhvənin miqdarına nəzarət etmək və su içmək vacibdir”.

QAZİLER.AZ

Diaspora