Çaynikdəki suyu ikindi dəfə qaynatmaq çox ZƏRƏRLİDİR

Çaynikdəki suyu ikindi dəfə qaynatmaq çox  ZƏRƏRLİDİR backend

“Yenidən, bir neçə dəfə qaynatmaq suyu ağır metallarla zənginləşdirir”.

Qaziler.az bildirir ki, bunu Vidnovskaya Klinik Xəstəxanasının terapevti Zarema Ten “NEWS.ru”ya açıqlamasında deyib. O, qeyd edib ki, şüşə qabda olan və ya filtr suyunu qaynatmaq daha yaxşıdır.

"Qaynatmaq üçün filtrdən süzülmüş və ya şüşə qabda qablaşdırılmış sudan istifadə etmək daha yaxşıdır. Bu, ərpin yaranmasının qarşısını alacaq və suyun dadını yaxşılaşdıracaq. Suyun yenidən qaynadılması nitratlar və ağır metal duzları kimi zərərli maddələrin konsentrasiyasını artıra bilər. Çaydanınızı mütəmadi olaraq təmizləyin. Ərp təkcə suyun dadını pisləşdirmir, həm də istiliyin suya keçirilməsini azaldır. Çaydanda suyu uzun müddət saxlamayın. Durğun su bakteriyalar üçün çoxalma yeri ola bilər. Qaynadıqdan sonra suyu 24 saat ərzində istifadə edin”, - həkim qeyd edib.

QAZİLER.AZ

Diaspora