Britaniyada 5 yaşlı qız manikür etdirərkən komaya düşüb

Britaniyada 5 yaşlı qız manikür etdirərkən komaya düşüb backend

İngiltərədə beş yaşlı qız anası ona manikür etdirərkən nəfəsə ala bilməyib, huşunu itirərək komaya düşüb. Qadın dərhal qızına ürək masajı edib və təcili yardım çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Liverpool Echo” nəşri məlumat paylaşıb.

“Balaca qızcığaz anası dırnaqlarını boyayan zaman huşunu itirib və bir neçə dəqiqədən sonra komaya düşüb”, - məlumatda qeyd olunub.

Körpənin hansı orqanlarının təsirləndiyini müəyyən etmək üçün KT müayinəsi aparılıb. Müayinə zamanı onun ürəyinin dayandığı məlum olub. Bundan sonra balaca pasiyent 9 gün reanimasiyada qalıb. Lakin ikinci dəfə ürək tutmasından sonra qızcığaz daha 30 gün tibbi müşahidə altında qalıb.

Uşağa nadir və təhlükəli xəstəlik - anormal ürək ritmlərinə səbəb olan və həyatı üçün təhlükə yarada bilən katexolaminergik polimorf mədəcik taxikardiyası diaqnozu qoyulub. Ellanın vəziyyətini izləmək üçün ona ürək monitorinqi aparatı quraşdırılıb və ürək əzələsinə adrenalininin axınını azaldan simpatektomiya əməliyyatı aparılıb. İndi qız ailəsinin əhatəsində sağalmağa çalışır.

QAZİLER.AZ

Diaspora