Oksford Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlar dil öyrənməyə əvvəllər düşünüldüyü kimi altı ayında deyil, dörd ayında başlayırlar. Bu irəliləyiş nitq gecikmələrinin erkən diaqnozunda kömək edə bilər.
Qaziler.az xəbər verir ki, araşdırma “Developmental Science” (DevScience) jurnalında dərc olunub.
Bir ilə qədər körpələr lazımsız olanlara məhəl qoymadan ana dilinin səslərini seçirlər. Ancaq ilk altı ayda onlar hətta ətraflarında olmayan səsləri də ayırd edə bilirlərə
Əvvəllər hesab edilirdi ki, uşaqlar yalnız eşitmə qabiliyyəti formalaşandan, eşitmələri ana dilinə uyğunlaşdıqdan sonra səslərin necə əmələ gəldiyini anlamağa başlayırlar. Ancaq yeni araşdırmalar göstərir ki, bu proses uşağın hətta altıncı ayından əvvəl başlayır.
Aparılan araşdırma sübut edib ki, artıq dörd aylıq körpələr səsləri ağız hərəkətləri ilə əlaqələndirə bilirlər. Bu isə ikidilli ailələrdə nitq pozğunluqlarının erkən diaqnostikası və dilin öyrənilməsi üçün yeni perspektivlər açır.
QAZİLER.AZ