Anemiyanın müalicəsi zamanı qəhvə və süd içmək olmaz

Anemiyanın müalicəsi zamanı qəhvə və süd içmək olmaz backend

“Anemiya ilə mübarizə apararkən həblər qəhvə və südlə qarışdırmamalı, həmçinin qırmızı qan hüceyrələrinin çatışmazlığını qida ilə doldurmağa çalışmamalısınız”.

Qaziler.az xəbər verir ki, bu xəbərdarlığı immunoloq İrina Yartseva “Moskva 24” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, mütəxəssislə məsləhətləşmədən dəmir preparatları qəbul edilməməlidir.

"Element qəhvə və südlə birləşdikdə orqanizm tərəfindən udulmur. Əgər qan azlığına qarşı həbi içdikdən sonra bu içkiləri içsəniz, dərmanı qəbul etmədiyinizi nəzərə alın", - Yartseva izah edib.

Mütəxəssis onu da qeyd edib ki, ağır dəmir çatışmazlığı zamanı bioloji aktiv əlavələr orqanizmə kömək etməyəcək. Onun sözlərinə görə, müalicə yalnız həkim tərəfindən seçilməlidir.

Diaspora