Limonlu su içmək həqiqətən faydalıdır?

Limonlu su içmək həqiqətən faydalıdır? backend

“Mədə-bağırsaq problemləri, mədədə yanma və ya qastrit əlamətləri olan insanlar limonlu su içməkdən çəkinməlidirlər”.

Qaziler.az xəbər verir ki, bunu terapevt İrina Yartseva “Gazeta.ru”ya bildirib. Onun fikrincə, bu meyvə ilə su içmək faydalıdır, lakin normasında...

"Mədə-bağırsaq traktında dəqiq heç bir probleminizin olmadığını bilirsinizsə, vaxtaşırı limonlu su içə bilərsiniz. Ancaq mədə yanması və ya qastrit əlamətləri varsa, suyu limonsuz içmək daha yaxşıdır”, -Yartseva izah edib.

Mütəxəssisin fikrincə, limonun tərkibində olan C vitamini dəmirin orqanizmə asan sorulmasına və sidik turşusunun çıxarılmasına kömək edir. Həkim izah edib ki, bir insanın fərqli və sağlam qidalanması varsa, limonlu su içmək burada xüsusi rol oynamır.

QAZİLER.AZ

Diaspora