“Dartınma məşqləri immun sistemini effektiv şəkildə gücləndirir”.
Qaziler.az xəbər verir ki, bunu “Sağlam yaşa!” verilişinin efirində immunoloq Andrey Prodeus və terapevt Elena Malışeva deyib.
Terapevtin bildirdiyinə görə, bunun üçün sadə bir məşq kifayət edir. Bunun üçün qarın üstə uzanın, əllərinizi kürəyinizə qoyun və yuxarı qaldırmaqla hərəkət etdirin.
Malışeva qeyd edib ki, dartınma zamanı selikli qişanın immuniteti yaxşılaşır.
İmmunoloqun sözlərinə görə, məşq etməklə bədəndə orqanizmi virus və bakteriyalardan qoruyan ifrazat anticisimlərinin sayı artır. Həmçinin selikli qişada immun sisteminin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
QAZİLER.AZ