Malayziyada ikinci sinif şagirdi pis qidalanma səbəbindən görmə qabiliyyətini itirib.
Qaziler.az xəbər verir ki, bu barədə “World of Buzz” məlumat paylaşıb.
KİV-in məlumatına görə, qızcığaz kolbasa və naqqis kimi işlənmiş qidaları həddindən artıq istehlak etdikdən sonra görmə qabiliyyətini tamamilə itirib. Bu barədə onun anası sosial şəbəkədə məlumat verib.
Qadının dediyinə görə, qızı həmin qidaları bir-iki dəfə yedikdən sonra kor olmayıb, doğulandan bəri uşaq yalnız hazır və sağlam olmayan qidalarla qidalanıb.
Tibbi müayinədən sonra məlum olub ki, sağalmaz korluğun səbəbi A vitamini çatışmazlığıdır. Mütəxəssislər bildirib ki, A vitamini maddələr mübadiləsində və görmənin sağlamlığında əsas rol oynayır. Həmin vitaminin bədəndə kifayət qədər səviyyəni saxlamaq üçün yaşıl tərəvəzlər, meyvə, ət və süd məhsulları da daxil olmaqla müxtəlif qidaları istehlak etmək lazımdır.
“Emal edilmiş qidalar son dərəcə zərərlidir və tərkibində qida maddələri yoxdur. Nə qədər uzun müddət saxlana bilirsə, tərkibində nə qədər çox qatqı olarsa, bir o qədər təhlükəlidir”, - ekspertlər qeyd ediblər.
QAZİLER.AZ