Kimyaçı-mütəxəssis Nikolay Vasilyev xəbərdarlıq edib ki, alüminium folqa kulinariya məqsədləri üçün istifadə edildikdə parkinson xəstəliyinə səbəb ola bilər.
Qaziler.az bildirir ki, “NEWS.ru” ilə söhbətində kimyaçı izah edib ki, folqanın hazırlandığı alüminiumun toksikliyi və ordakı birləşmələr aşağıdır, lakin böyrəklərə və mədə-bağırsaq traktına zərərli olması haqqında məlumatlar var.
"Alüminium və onun birləşmələrinin toksikliyi aşağıdır, lakin alüminium birləşmələrinin yüksək konsentrasiyalarının, xüsusən də böyrəklərə və mədə-bağırsaq traktına zərərli təsirləri barədə geniş sübutlar mövcuddur. Alüminium birləşmələrinin yüksək konsentrasiyası ilə alzheimer və parkinson xəstəliyi arasında əlaqə haqqında daha çox məlumat var. Bu nəzəriyyələrin bütün ziddiyyətli və mübahisəli olmasına baxmayaraq, folqada yemək bişirərkən turş və duzlu yeməklərdən çəkinmək lazımdır”, - mütəxəssis vurğulayıb.
O, qida folqasının qalınlığının çox vaxt 0,2 mm-dən çox olmadığını bildirib. Qeyd edib ki, istehlakçı kimyəvi tərkibini yoxlaya bilməyəcək, amma hələlik arzuolunmaz təsirlərin olması ilə bağlı heç bir məlumat da tapılmayıb.
“Alüminium qeyri-sabit bir metaldır və üzvi turşularla reaksiya girir, eyni şey duz üçün də keçərlidir. Tərkibindəki birləşmələr isə qidalara keçir”, - mütəxəssis xəbərdarlıq edib.
QAZİLER.AZ