Həkimlər maqnit qasırğaları zamanı "valerian" içməyi məsləhət görürlər

Həkimlər maqnit qasırğaları zamanı "valerian" içməyi məsləhət görürlər backend

Həkimlər meteohəssas insanlara maqnit qasırğası ilə əlaqədar sakitləşdirici dərman qəbul etməyi məsləhət görür. Xüsusilə,adi damotu (pustırnik) və valerian (pişikotu) uyğun gəlir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunun üçün limon balzamının və nanənin sakitləşdirici dəmləmələri, eləcə də istənilən bitki çayı çox faydalıdır.

 

Bundan əlavə, həkimlərin fikrincə, hava şəraitindən asılı olan insanların maqnit qasırğaları zamanı həddindən artıq yüklənməməsi, daha az əsəbi olması, rejimə sadiq qalması, tezdən durması və gecə yarısından sonra yatmaması daha yaxşıdır. Təmiz havada gəzinti mütləqdir.

 

Günəş şüalarının pozulduğu dövrlərdə infarkt və ürək-damar xəstəliklərinin sayının 15% artdığı sübut olunduğundan hipertoniya xəstələri təzyiqlərini aşağı salmaq üçün dərmanlar, ürək xəstəliyi olanlar isə kardioloji dərmanlar qəbul etməlidirlər.

QAZİLER.AZ

Diaspora