Kalium və maqnezium insan ürəyinin və sinir sisteminin işini dəstəkləyir.
Qaziler.az xəbər verir ki, bunu diyetoloq Yuliya Çexonina "Moskva 24" telekanalına bildirib. Mütəxəssis bu maddələrin bir-birini tamamladığını qeyd edərək, orqanizmdə onların balansını saxlamağı tövsiyə edib.
“Maqnezium çatışmazlığı qan təzyiqinin tənzimlənməsini pozur, bu da yüksək təzyiqin inkişafına səbəb ola bilər. Kalium çatışmazlığı isə ürəyin ritmini pozur və aritmiyaya səbəb ola bilər”, - diyetoloq izah edib.
Çexonina qeyd edib ki, makroelementlər ürək fəaliyyətinin, su-duz mübadiləsinin tənzimlənməsində fəal iştirak edir, həmçinin sinir sisteminin işini dəstəkləyir.
O, badam və quru ərik kimi hər iki maddəni özündə ehtiva edən qidaları müntəzəm olaraq istehlak etməyi tövsiyə edib.
Mütəxəssis, həmçinin kalium mənbəyi kimi kartof, göyərti, alma və kişmişi, həmçinin maqnezium anbarı olan kəpək, lobya və tünd şokoladı xüsusi qeyd edib.
QAZİLER.AZ