Protein tozlarında təhlükəli ağır metallar aşkar edilib

Protein tozlarında təhlükəli ağır metallar aşkar edilib backend

“Protein tozlarında təhlükəli səviyyələrdə qurğuşun və kadmium ola bilər”.

Qaziler.az bildirir ki, bu nəticə “Clean Label” qeyri-kommersiya təşkilatının araşdırmasından əldə edilib.

Bu ağır metalların ən yüksək səviyyələri bitki mənşəli, şokolad ətirli məhsullarda olur.

Tədqiqata görə, üzvi qidalarda qeyri-üzvi qidalarla müqayisədə orta hesabla daha yüksək səviyyədə ağır metallar, üç qat daha çox qurğuşun və iki dəfə çox kadmiumun olduğunu göstərib.

Alimlər aşkar ediblər ki, bitkilər təbii yolla yer qabığından ağır metalları udurlar. Bununla belə, bitkilər mədən işləri, sənaye tullantıları, pestisidlər və gübrələrdən, kimyəvi maddələrlə daha çox çirklənmiş torpaqlarda yetişdirilərsə, onların zərərli tərkibi əhəmiyyətli dərəcədə arta bilər.

Məlumata görə, protein tozlarında əsas çirklənmə mənbələrindən biri şokolad dadlandırıcı olub. Alimlər müəyyən ediblər ki, şokolad dadlandırıcılı proteinlərdə vanil ətirli proteinlərdən dörd dəfə çox qurğuşun və 110 dəfəyə qədər kadmium var.

QAZİLER.AZ

Diaspora