Ağızdakı bu problemlər anemiyadan xəbər verir

Ağızdakı bu problemlər anemiyadan xəbər verir backend

Solğun diş ətləri, hamar dil və ağızın künclərində yaranan çatlar insanın yorğunluğa səbəb olan anemiyadan əziyyət çəkdiyini göstərir.

Qaziler.az xəbər verir ki, bunu cərrah-stomatoloq Andrey Bojiç “The Sun”a bildirib. Onun sözlərinə görə, qanda dəmirin səviyyəsinin aşağı düşməsi ağız boşluğuna güclü təsir göstərir.

“Qanda dəmirin səviyyəsi azaldıqda, azalmış oksigen tədarükü ağız toxumalarına təsir edir və nəzərə çarpan dəyişikliklərlə nəticələnir”, - həkim bildirib.

Onun sözlərinə görə, anemiyanı göstərən əlamətlərə baş ağrıları və sürətli ürək döyüntüsü də daxildir. Ekspert gecikməməyə və həkimlərə müraciət etməyə çağırıb.

QAZİLER.AZ

Diaspora