Alimlər sübut ediblər ki, almanın müntəzəm istehlakı nəinki həzmi yaxşılaşdırır və immunitet sistemini gücləndirir, həm də beynin fəaliyyətinə müsbət təsir edir, xüsusən də idrak funksiyasını gücləndirir.
QAZÍLER.AZ Lent.az-a istinaden verdiyi məlumatına görə, mütəxəssislər bunun almanın tərkibində olan antioksidant birləşmələr - flavonoidlərlə bağlı olduğunu qeyd ediblər.
Alma hüceyrə səviyyəsində bütün bədəni cavanlaşdıra bildiyi üçün beynin qocalmasını ləngidir. Həmçinin, almanın müntəzəm istehlakı neyrodegenerativ xəstəliklərin - demans və Alzheimer xəstəliyinin inkişaf riskini azaldır.
Hətta almanın ətri belə müəyyən dərəcədə faydalıdır. O, sakitləşdirici təsir göstərə, narahatlığı azalda bilər.
Alimlər gündə ən azı bir alma yeməyi tövsiyə edirlər - bu konsentrasiyanı artırmağa və yaddaşı gücləndirməyə kömək edir.
Almanın insan sağlamlığı üçün başqa hansı faydaları var?
- “Pis” xolesterinin səviyyəsini azaldır
Gündə iki alma yeyirsinizsə, qanda xolesterinin səviyyəsini tarazlaşdıra, ürək və damarların fəaliyyətini yaxşılaşdıra bilərsiniz.
- Sürətli kilo itkisi
Meyvələr orqanizmi tox tutmağa kömək edən lif ehtiva edir, lakin artıq yağın yığılmasına kömək göstərmir.
- Xərçəng riskini azaldır
Almaların tərkibindəki antioksidant birləşmələr sayəsində xərçəngdən qoruna bilərsiniz, çünki onlar sərbəst radikalları öldürür.