Yaponiyada məktəbəqədər uşaqlarda bədən tüklərinin lazerlə azaldılması proseduru populyarlıq qazanıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, bütün ölkə üzrə yüzdən çox filialı olan “Dione” gözəllik salonu üç yaşından uşaqlara prosedur təklif edir. Tüklər lazer epilyasiya növü olan diod epilyasiyası ilə həyata keçirilir. Şirkətin əməkdaşı Mixo Kakoyi prosedur zamanıuşaqlarda lazer şüasının böyüklərdə olduğu kimi 60 yox, 38 dərəcə qızdırıldığını qeyd edib.
Menecer bildirib ki, 2024-cü il dekabrın ortalarına qədər salona 30-a yaxın uşaq baş çəkib. Ən balaca müştərinin dörd yaşı olub. Şirkət nümayəndəsinin sözlərinə görə, valideynlər uşaqlarını dodağın üzərindəki və digər nahiyələrdəki tüklərin götürülməsi üçün prosedura gətirirlər, çünki həmyaşıdlarının onlara bədənlərindəki tüklərə görə lağ etmələrindən ehtiyat edirlər.
QAZİLER.AZ