Uşaqların smartfondan istifadəsinin fəlakətli təsirləri üzə çıxıb

Uşaqların smartfondan istifadəsinin fəlakətli təsirləri üzə çıxıb backend

Uşaqlar arasında smartfondan istifadənin artması sağlamlıq problemləri riskini artırır.

Qaziler.az xəbər verir ki, bunu uşaq psixiatrı Emili Zemer “The Guardian”a açıqlamasında deyib. Onun sözlərinə görə, bu, xüsusən uşağın daxili və psixi vəziyyətinə aiddir.

“Biz sosial şəbəkələrdən həddindən artıq istifadə, onlayn zorakılıq, ekran asılılığı nəticəsində yaranan dərin psixi xəstəlikləri görürük. Biz onlayn dünyalarda itən, yata bilməyən, getdikcə diqqətsiz və impulsiv, emosional olaraq idarəolunmaz və aqressivləşən uşaqlar görürük", - mütəxəssis qeyd edib.

Zemer xəbərdarlıq edib ki, smartfonda çox vaxt keçirmək uşaqların özünə hörmətini və imicini də məhv edə bilər. O qeyd edib ki, gənc nəsil arasında depressiya halları indiki qədər çoxqeydə alınmayıb.

QAZİLER.AZ

Diaspora