Ukraynada metapnevmovirus qeydə alınıb

Ukraynada metapnevmovirus qeydə alınıb backend

Ukraynada metapnevmovirus epidemiyası başlayıb. Virusa yoluxmaların faktiki sayı rəsmi məlumatlardan çox olduğu bildirilib.

Qaziler.az “Gazeta.ru”ya isitinadla xəbər verir ki, bu barədə ÜmumUkrayna Yoluxucu Xəstəliklər Assosiasiyasının prezidenti, professor Olqa Qolubovskaya “Facebook” səhifəsində məlumat verib.

"Ukraynada 13 rəsmi təsdiqlənmiş hal qeydə alınıb, əlbəttə ki, faktiki olaraq yoluxanlar daha çoxdur", - infeksionist deyib.

Qolubovskaya qeyd edib ki, ukraynalı mütəxəssislər ölkədə ümumi tənəffüs xəstəliklərinin baş verəcəyini proqnozlaşdırıblar. İnfeksionist vurğulayıb ki, virus bütün yaş qruplarından olan insanlarda, xüsusilə azyaşlı uşaqlarda, qocalarda və immun sistemi zəif olan insanlarda yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər.

Bir gün əvvəl Sputnik radiosu 2024-cü ilin sonunda Qırğızıstanda iki metapnevmovirus infeksiyasının aşkar edildiyini bildirmişdi.

Bundan əvvəl ruslara xəbərdarlıq edilmişdi ki, Çində dominant olan virus 24 saat ərzində pnevmoniyaya səbəb ola bilər. Demək olar ki, bütün xəstə insanlarda hərarət, öskürək və burun axıntısı kimi simptomlar, hər ikinci adamda baş ağrısı və boğaz ağrısı olur.

QAZİLER.AZ

Diaspora