Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı aşkarlanıb

Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı aşkarlanıb backend

Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın “KABAR” agentliyi məlumat yayıb. Bildirilib ki, xəstələrin laborator müayinələrinin nəticələrinə əsasən virusa yoluxma iki nəfərdə qeydə alınıb.

Mütəxəssislərin məlumatına görə, son bir həftə ərzində Qırğızıstanda 5737 kəskin respirator virus infeksiyası və qripə yoluxma halı qeydə alınıb. Ötən ilin eyni həftəsi ilə müqayisədə xəstələnmədə 1,7 dəfə azalma müşahidə olunur.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qrip, kəskin respirator virus infeksiyaları və COVID-19 üzrə epidemioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi davam etdirilir.

Qeyd edək ki, metapnevmovirus infeksiyası sürətli gedişi ilə xarakterizə olunan kəskin respirator infeksiyadır. İlk dəfə 1968-ci ilin iyulunda Honkonqda qeydə alınıb. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır.

Diaspora