“Şuba”, “mimoza kimi məşhur yeni il salatlarını duzlu balıq yerinə soyutma balıq əlavə etməklə daha sağlam və faydalı etmək olar.
Qaziler.az bildirir ki, bu məsləhəti dietoloq Sofiya Kovanova “aif.ru” saytına bildirib. Onun sözlərinə görə, bayram yeməklərinin tərkibini başqa inqrediyentlər də əvəz etmək olar.
“Mimoza” və “Şuba” üçün soyutma balıq götürmək daha yaxşıdır, çünki o, duzlu və ya konservləşdirilmiş balıqdan daha sağlamdır”, – Kovanova vurğulayıb.
Diyetoloq həmçinin vurğulayıb ki, bu kimi salatlarda kartof əvəzinə qaynadılmış gül kələmindən də istifadə etmək olar. Salatlara vurulan adi mayonezi isə az yağlı xama və ya konservant və çoxlu duzun istifadə olunmadığı, evdə hazırlanmış sous ilə əvəz etmək mümkündür.
QAZİLER.AZ