Həkim daim əsnəmək istəyi yaradan xəstəlikləri sadaladı

Həkim daim əsnəmək istəyi yaradan xəstəlikləri sadaladı backend

Davamlı əsnəmək şəkərli diabet, insult, xroniki yorğunluq, yuxu apnesi və narahatlığın olduğunu göstərə bilər.

Qaziler.az xəbər verir ki, bunu həkim Nadejda Çernışova "Moskva 24" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, belə hallarda səkkiz saat yatmaq və istirahət günləri dincəlmək kömək etmir.

Həkim qeyd edib ki, əsnəməyin ən çox rast gəlinən səbəblərindən biri insanın istirahət edə bilməməsi və həddindən artıq işləməsi zamanı yaranan xroniki yorğunluqdur. Bu, həmçinin depressiya, narahatlıq və yuxu apnesinin əlaməti ola bilər.

“Əsnəmə şəkərli diabetdə də baş verir. Bu, qlükozanın udulmaması və bədənin enerji çatışmazlığı səbəbindən baş verir”, - Çernışova vurğulayıb.

O, əlavə etdi ki, əsnəmək, ağız əyilməsi, nitqin pozulması və qolu qaldıra bilməmək – hamısı birlikdə insultun əlaməti ola bilər.

QAZİLER.AZ

Diaspora