Bəzən yediyimiz qidalardan da asılı olaraq mədəmizdə göynəmə hiss edirik. Lakin bəzi təbii üsullar bu problemin aradan qalxmasına kömək edir.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, əgər tez-tez mədə yanması hiss edirsinizsə, ədviyyatlı, yağlı və turşulu qidalardan uzaq dura və həkimə müraciət edə bilərsiniz.
Başqa təsirli üsul olaraq isə noxud istehlak etməkdir. Qovrulmuş noxud mədə turşusunu udmaq qabiliyyətinə malik olduğundan mədə yanmasını aradan qaldırmağa kömək edə bilər.
Bir ovuc noxud yemək həzmi dəstəkləyərək mədə narahatlığını azalda bilər. Ancaq mədə yanması şikayətiniz tez-tez təkrarlanırsa, həkimə müraciət etmək vacibdir.
Həmçinin mədə yanmasını banan, qatıq, yulaf, zəncəfil, xiyar, badam, çobanyastığı çayı, şüyüd çayı, alma, bal, qaynadılmış kartof, ispanaq, balqabaq, kokos suyu da aradan qaldıra bilir.